Kasilyas heç kəsin etmədiyini bacardı

"Real"ın futbolçusu İker Kasilyas İspaniya kubokunda indiyə kimi heç bir qapıçının edə bilmədiyini bacarıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper ölkə kubokunun 110 illik tarixində finala qol buraxmadan çıxan ilk qapıçı olub. Kasilyas həmçinin bu oyunla "Atletiko" qarşısında məğlubiyyətsizlik seriyasını 26 matça yüksəldib. 
Qeyd edək ki, "Real" ölkə kubokunda finalda əzəli rəqibi "Barselona" ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31