FİFA yeni reytinq cədvəlini açıqladı
13 Fevral 2014 19:10 İdmanFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin mövqeyində yenə də dəyişiklik baş verməyib.
Fevral ayında heç bir matç oynamayan Berti Foqtsun komandası 363 xala 94-cü pillədə qərarlaşıb. Türkiyə yığması isə ötən ayla müqayisədə iki pillə geriləyərək 45-ci pilləyə düşüb.
Qeyd edək ki, siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31