Mirça Luçesku "Trabzonspor"un təklifini rədd etdi
12 Fevral 2014 18:24 İdmanMustafa Reşid Akçay ilə yolları ayıran Türkiyənin "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Trabzon təmsilçisi bu dəfə tanınmış rumıniyalı mütəxəssis Mirça Luçeskuya rəsmi təklif göndərib.
Lakin Luçesku "Təklifinizə görə təşəkkür edirəm. "Şaxtyor"a ürəkdən bağlıyam. Buradan ayrılmağı düşünmürəm" deyərək "Trabzonspor"un təklifini rədd edib.
Qeyd edək ki, Luçesku 2004-cü ildən "Şaxtyor" (Donetsk) klubunu çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31