Eto'O: "Eden Hazard bənzərsiz futbolçudur"

"Çelsi" klubunun hücumçusu Samuel Eto'O komanda yoldaşı Eden Hazard haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, Belçika mətbuatına danışan kamerunlu futbolçu Hazardın bənzərsiz oyunçu olduğunu deyib: "Hazard bənzərsiz futbolçudur. Lakin o özünə güvənməli və gücünə inanmalıdır. Hazard son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Hələ gəncdir. Növbəti illərdə daha yaxşı Hazard görəcəyimə inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31