Həkimlər Şumaxerdə ağciyər infeksiyası aşkar ediblər

Fransadakı həkimlər "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerə ağciyər infeksiyası diaqnozu qoyublar. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, iltihabın qarşısını tezliklə almaq üçün M.Şumaxerə hazırda antibiotiklər vurulur. Məlumata görə, idmançının komadan çıxarılması prosesinin dayandırılıb-dayandırılmadığı hələ məlum deyil.
 
Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31