"Real"ın iki əfsanəsi eyni komandada çalışa bilər

İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro baş məşqçi kimi çalışmağa hazırlaşır. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Real"ın məşhur oyunçusu Avstraliyada bir klub çalışdırmaq istədiyini menecerlərinə bildirib. Qeyd olunub ki, o, işləyəcəyi komandaya yaxın dostu, "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi də oyunçu-məşqçi olaraq gətirməyi planlaşdırır.

Onu da bildirək ki, F.Hierronun məşqçi kimi çalışması üçün lisenziyası var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31