Mustafa Dənizlidən “Trabzonspor” iddialarına REAKSİYA
12 Fevral 2014 11:16 İdman"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə "Trabzonspor"unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis "Habertürk"ə açıqlamasında belə bir təklif almadığını deyib.
Dənizli bunları da əlavə edib: "Bir gün mütləq Türkiyəyə dönəcəyəm. Amma mövsümün sonunadək bir problem olmasa, "Xəzər Lənkəran"da qalmaq istəyirəm".
Qeyd edək ki, "Trabzonspor" bu günlərdə Mustafa Reşit Akçayı baş məşqçi postundan istefaya göndərib. Hazırda bu vəzifəyə namizədlər arasında Mustafa Dənizli də göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31