İranın qadın futbol komandasının 4 üzvü kişi çıxdı

İranın qadınlardan ibarət milli komandasının 4 futbolçusu gender testindən keçə bilmədiyi üçün komandadan qovulub. Belə ki, komandanın ən yaxşı oyunçuları kimi tanınan 4 futbolçunun kişi olduğu məlum olub. Rusiya mətbuatının verdiyi məlumata görə, komandadan qovulan oyunçular əməliyyatla genlərini dəyişəcəklərmiş. İranın şəriət qanunlarına görə, bir kişinin cinsini dəyişməsi məqbul sayılır. Həmin oyunçular genlərini dəyişdirdikdən sonra futbol yarışlarında iştirak edə biləcəklər. İran Futbol Federasiyasının Tibb Komissiyasının sədri Əhməd Haşimiyan bildirib ki, yalnız gen problemi həll edildikdən sonra qovulan futbolçular komandaya geri qaytarılacaqlar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31