Kroyf "Barselona"ya qayıda bilər
11 Fevral 2014 18:47 İdman"Barselona" əfsanəvi futbolçu, komandanın sabiq baş məşqçisi Yohan Kroyfla münasibətləri yenidən rəsmiləşdirməyə hazırlaşır.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin prezidenti Josep Mariya Bartomeu Y.Kroyfu yenidən kluba gətirmək istədiklərini deyib:
"Kroyfun yaxınları ilə danışıqlara başlamışıq. O, bizim üçün çox önəmli biridir. Yavaş-yavaş hər şey əvvəlki kimi olacaq. Danışıqlarımız artdıqca münasibətlər də yaxşılaşacaq".
Qeyd edək ki, Y.Kroyf "Barselona"da bir müddət baş məşqçilik edib. 2003-2010-cu illərdə isə o zaman klubun prezidenti olan Xuan Laportanın məsləhətçisi işləyib. Y.Kroyf Sandro Rosellin gəlişindən sonra onunla soyuq münasibətləri olduğu üçün klubdan ayrılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31