"Atletiko" Madrid derbisinə ciddi itkilərlə çıxacaq
11 Fevral 2014 19:37 İdmanİspaniyanın "Atletiko" klubu bu gün İspaniya kubokunun yarmfinalında "Real"la cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun hücumçusu Dieqo Kosta cəzalı olduğu üçün bu matçda iştirak edə bilməyəcək.
David Vilya və Felipe Luisin isə zədələri sağalmadığından komandalarına kömək edə bilməyəcəklər. O cümlədən Tiaqo və Kurtuanın da böyük ehtimalla bu matçda forma geyməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Real" - "Atletiko" arasında oynanılan ilk oyun birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31