Ançelotti "Mançester Siti"nin futbolçusunu istəyir

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi David Silvaya "elçi" düşüb. Hər zaman güclü yarımmüdafiə xətti ilə diqqət çəkən Madrid təmsilçisi Silvanı da heyətinə qatmağı planlaşdırır. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin ispaniyalı futbolçunu "Real"a buraxacağı gözlənilir.

Qeyd edək ki, Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31