Del Pyero "Sidney"in oyunçu-məşqçisi ola bilər
11 Fevral 2014 19:20 İdmanAvstraliyanın "Sidney" klubunun futbolçusu Aleksandr Del Pyero komandasının oyunçu-məşqçisi ola bilər. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı futbolçunun mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq. Artıq klub rəhbərliyi 39 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Del Pyero bu təklifi qəbul edəcəyi təqdirdə komandasının oyunçu-məşqçisi olacaq.
Qeyd edək ki, 2012-ci ildə "Sidney"ə transfer edilən Del Pyero keçirdiyi 39 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31