"Qalatasaray"ın futbolçusu "Napoli"nin hədəfində
11 Fevral 2014 19:14 İdman"Qalatasaray" klubunun müdafiəçisi Semih Kaya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşlı futbolçu "Napoli"nin maraq dairəsinə düşüb. "Cim Bom" rəhbərliyi Semihin təzminat qiymətini açıqlayıb. Belə ki, İtaliya klubu türkiyəli futbolçunun transferi üçün 15 milyon avrosundan keçməlidir. "Napoli" klubunun bu məbləği verib-verməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Semihin "Qalatasaray"la 2016-cı ilə qədər müqaviləsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31