"Trabzonspor" baş məşqçisi ilə yollarını ayırdı
11 Fevral 2014 01:30 İdmanAvropa Liqasında mübarizəni davam etdirən "Trabzonspor" baş məşqçisi Mustafa Reşid Akçay ilə yolları ayırıb. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, türkiyəli çalışdırıcı ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, Trabzon təmsilçisi hazırda ölkə çempionatında hazırda 9-cu pillədə qərarlaşıb. Komanda son oyunda evdə "Akhisar"a 2:4 hesabı ilə məğlub olub. Məhz Superliqada uğursuz çıxışa görə baş məşqçi ilə yolların ayrıldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31