Buzadırmanma üzrə Respublika Çempionatı başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Respublika Çempionatı uğurla başa çatıb. Çempionatda, ümumilikdə 100-dən artıq idmançı iştirak edib. Bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq Çempionat iki hissədə keçirilib. Qeyd edək ki, 8-9 fevral 2014-cü il tarixlərində  Çempionatın II hissəsi- təsniftat-seçim, yarımfinal-final mərhələləri keçirilib. Şaxtalı hava şəraitinə baxmayaraq yüksək səviyyədə təşkil olunan Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər. Buzadırmanma üzrə Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin "Ekstremal" idman komandası I, FAİREX-in "Salavat" komandası II, FAİREX-in "Zirvə" komandası isə III yerə çıxıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31