"Borussiya"da zədə epidemiyası davam edir

Almaniyanın "Borussiya" klubunda zədəli futbolçuların sayı artıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Bundesliqada "Verder" (Bremen) klubu ilə matçda zədələnən Marko Roys və Sven Benderin son durumu məlum olub.
Tibbi müayinədənən keçən hər iki oyunçunun sağ ayaq əzələsində dartılma aşkarlanıb. Benderin ən az bir həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Roysun isə fevralın 25-i Çempionlar Liqasında "Zenit"lə matça qədər sağalmasının çətin olduğu bildirilir.
Qeyd edək ki, Dortmund təmsilçisində Blaşikovski, Neven Subotiç, Mats Hummels və İlkay Gündoğan da zədə səbəbindən komandaya kömək edə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31