Mourinyo Türkiyəyə gedir

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenidən Türkiyəyə gedəcək. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəsiss Çempionlar Liqasının 1/8 finaldakı rəqibi "Qalatasaray"ın oyununu stadiondan izləyəcək.
Təcrübəli çalışdırıcı iki həftədir ki, klub nümayəndələrindən iki nəfəri İstanbul klubunun matçlarına baxmağa göndərib. "Cim-bom"un oyunlarının statistikasına diqqət yetirən Mourinyo London klubu ilə matça qədər Türkiyəyə getməyə qərar verib.
Xatırladaq ki, "Qalatasaray" - "Çelsi" matçı fevralın 26-ı baş tutacaq. Cavab qarşılaşması isə martın 18-i keçiriləcək.

Qeyd edək ki, Mourinyo ötən mövsüm "Real"ı çalışdırdığı zaman ÇL-də "Qalatasaray"la oyunöncəsi stadiondan rəqibin matçını izləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31