Benzema: "Zidan mənə böyük qardaş kimidir"
10 Fevral 2014 19:20 İdman"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema komandanın məşqçisi Zinəddin Zidan haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, Benzema "Marca" qəzetinə açıqlamasında Zidanın bütün futbolçulara böyük dəstək olduğunu bildirib: "Zidanın komandada rolu böyükdür. O, bütün futbolçulara dəstək olur. Zidan mənə böyük qardaş kimidir. Məşqçi olaraq mənə düzgün istiqamət verir və onun sayəsində öz oyunumu tapmışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31