Soçidə Bakı-2015 Təşkilat Komitəsi adından ziyafət verilib

XXII Qış Olimpiya Oyunları çərçivəsində Soçidə Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsi adından Milli Olimpiya Komitələri üçün ziyafət verilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərləri, nümayəndə heyətlərinin rəhbərləri  və digər şəxslər işirak ediblər. Avrop Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Təşkilat Komitəsi həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işləyir. P.Hikki gələn il təkcə Avropanın deyil, ümumilikdə, bütün dünyanın möhtəşəm bir idman bayramına şahidlik edəcəyini qeyd etdi. Ziyafət Azərbaycan musiqiçilərinin canlı ifasında milli musiqi və mahnılarımızın sədaları altında davam edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31