Azərbaycanla Ukrayna arasında tədbirlər planı imzalanıb
10 Fevral 2014 12:06 İdmanSoçidə keçirilən 22-ci Qış Olimpiya Oyunları çərçivəsində gənclər və idman naziri Azad Rəhimovla Ukraynanın gənclər və idman naziri Ravil Safiullin arasında görüş keçirilib. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilib. Daha sonra nazir Azad Rəhimovla Ukraynalı həmkarı Ravil Safiullin arasında qarşıdakı illərdə əməkdaşlığı əhatə edəcək tədbirlər planını imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31