Bakari Sanyaya təkliflər gəlməkdə davam edir
7 Fevral 2014 16:37 İdman"Arsenal" klubunun müdafiəçisi Bakari Sanyaya təkliflər gəlməkdə davam edir. Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, "Milan"ın ardından bu dəfə "Napoli" klubu fransız futbolçuya təklif göndərib. Mövsümün sonunda azad agent statusu alacaq 30 yaşlı futbolçu hələlik "Napoli"nin təklifinə heç bir münasibət bildirməyib. Təcrübəli futbolçunun mövsümün sonunda "Arsenal"da qalacağı da istisna olunmur.
Qeyd edək ki, Sanya 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31