Arda Turan Nihat Qəhvəçinin uğurunu təkrarlaya bilər
7 Fevral 2014 19:38 İdman"Atletiko"nun futbolçusu Arda Turan mövsümün sonunda ölkənin ən yaxşı mükafatlarından birini qazana bilər. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunda göstərdiyi uğurlu çıxışla diqqət çəkən türk yarımmüdafiəçi La Liqanın ən yaxşı əcnəbi oyunçusu mükafatına əsas namizədlərdəndir.
Əgər Arda bu ada layiq görülərsə, "Real Sosyedad"ın keçmiş futbolçusu Nihat Qəhvəçidən sonra mükafatı alan ikinci türk oyunçu olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31