Vidiç "Mançester Yunayted"dən ayrılır

"Mançester Yunayted"in futbolçusu Nemanya Vidiçin mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib. Qol. Az-ın xəbərinə görə, o, klubun saytına açıqlamasına may ayında "qırmızı şeytanlar"dan gedəcəyini açıqlayıb: "Azarkeşlərimizlə birlikdə yaşadığım fantastik anları heç vaxt unutmayacam. Ancaq başqa liqalarda da oynamaq istəyirəm. Mövsümün sonuna kimi komandam üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, 2006-cı ildən "Mançester Yunayted"də çıxış edən serbiyalı futbolçunun "İnter"lə razılığa gəldiyi iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31