Ronaldoya qırmızı vərəqə göstərən hakim cəzalandırıldı

La Liqada "Atletik" - "Real" matçının baş hakimi Miqel Qomez 1 ay heç bir oyunu idarə etməyəcək. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Hakimlər Komitəsi FİFA referisinin oyunu yaxşı idarə etmədiyi üçün cəzalandırıb. Sözügedən qarşılaşmada Kriştiano Ronaldoya qırmızı vərəqə göstərən hakimin Madrid klubunun, o cümlədən La Liqanın önəmli oyunlarında olmayacağı bildirilib.

Bu qərarın ardından üç oyunluq cəzalandırılan Ronaldonun cəzasının yumşaldılması üçün "Real" Apelyasiya Komitəsinə müraciət edib. Komitə bu gün etirazla bağlı qərarını verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31