AFFA nümayəndəsi UEFA-nın tədbirində iştirak edəcək

"OLAYLAR" İA xəbər verir ki, fevralın 7-də Belçikanın Antverpen şəhərində UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov tədbirdə iştirak edəcək.

Qeyd edək ki, komitə üzvləri futzal üzrə Avropa çempionatının yarımfinal və final oyunlarını izləyəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31