Bekhem futbol klubu yaratdı

Ötən il futbolçu karyerasını başa vuran Devid Bekhem klub yaradıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, Amerikada şəxs futbol komandasını yaratdığını keçirdiyi mətbuat konfransında açıqlayıb. Komandanın adı hələlik qoyulmasa da, Mayamini təmsil edəcək. ABŞ-ın Əsas Futbol Liqası sayılan MLS-də çıxış edəcək komanda üçün yaxın zamanda şəxsi vəsait hesabına stadion tikintisinə başlanılacaq.
Qeyd edək ki, artıq NBA ulduzu Lebron Ceyms belə bir layihəyə sərmayə qoymaqda maraqlı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31