Dennis Berkamp baş məşqçi ola bilər
6 Fevral 2014 19:35 İdmanHollandiya millisinin və "Arsenal"ın keçmiş futbolçusu Dennis Berkamp baş məşqçi kimi çalışa bilər. Qol.Az-ım "ESPN"ə istinadən yaydığı məlumata görə, Mikael Laudrupla yolları ayıran "Suonsi" boş qalmış posta D.Berkampı gətirmək istəyir. Ancaq o, hələlik bu təklifə cavab verməyib.
Qeyd edək ki, D.Berkamp hazırda "Ayaks"ın çalışdırıcı Frank de Boerin köməkçisidir. O, indiyə kimi baş məşqçi olaraq işləməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31