Pele: "Braziliya millisinin hücum xətti məni narahat edir"
6 Fevral 2014 19:27 İdmanBraziliya futbolunun canlı əfsanəsi Pele ölkəsinin milli komandasının hazırkı durumu haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Cənubi Amerika mətbuatına müsahibə verən Pele Braziliya millisinin hücum xəttinin onu narahat etdiyini bildirib: "Hər zaman milli komandaya güvənmişəm. Konfederasiyalar kubokunda yığmanın nəyə qadir olduğunu gördük. Çoxları onlara inanmırdılar, ancaq biz ispanlara qalib gəldik. Məni narahat edən yeganə məsələ yığmanın hücum xəttidir. Millinin müdafiə xətti çox güclüdür. Hətta ehtiyat müdafiəçilər də yüksək səviyyəli futbolçulardır. Lakin dediyim kimi hücum xəttində problemlərimiz var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31