"Tottenhem"in qapıçısı PSJ-nin hədəfində
6 Fevral 2014 00:46 İdmanFransanın PSJ klubu mövsümün sonunda qapıçı mövqeyini gücləndirməyi planlaşdırır. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Tottenhem"in qolkiperi Hüqo Lorisi transfer etmək istəyir. PSJ-nin baş məşqçisi Loran Blan yeni mövsümdən 27 yaşlı qapıçını komandasında görmək istəyir. Lorisin daha öncə verdiyi "hədəfimiz Çempionlar Liqasında oynamaqdır. Əgər bunu bacarmasaq, o zaman komandadan ayrıla bilərəm" açıqlamaları da PSJ-ni ümidləndirib. PSJ klubunun fransız qolkiperin transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyi iddia olunur.
Qeyd edək ki, Loris ötən mövsümün sonunda 12,5 milyon müqabilində "Lion"dan "Tottenhem"ə transfer edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31