"Qalatasaray" "Çelsi"ni məğlub etsə...

Çempionlar Liqasında 14 milyon 600 min avro qazanan "Qalatasaray" "Çelsi" səddini keçəcəyi təqdirdə gəlirini daha da artıracaq.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom" ÇL-in 1/8 finalında London klubunu mübarizədən kənarlaşdırarsa, UEFA-dan 3 milyon 900 min avro alacaq. 3.5 milyon avro isə yayım gəlirlərindən əldə olunacaq.
Bununla da qazancını 18 milyon 500 min avroya yüksəldəcək olan "Qalatasaray" qış fasiləsində transfer etdiyi futbolçulara ödənilən məbləği çıxarmış olacaq.
Qeyd edək ki, İstanbul klubu bu il 9 futbolçunu heyətinə qatıb.
Xatırladaq ki, "Qalatasaray" ötən mövsüm ÇL-də ümumilikdə 24 milyon avro qazanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31