Güləş Federasiyası saqqal məsələsinə aydınlıq gətirdi

Avropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə millidən qovulması barədə yayılan xəbərlərə Azərbaycan Güləş Federasiyasından aydınlıq gətirilib. Federasiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, baş katib Əjdər Cəfərov Elçin Əliyevin tamamilə haqsız olduğunu deyib: "Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən həddindən artıq saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını azalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılıram. Bizim Federasiyada dini və irqi baxımından idmançılara fərq qoyulmur. Belə olsaydı yığmamızda olan xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq". Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını deyib.

Qeyd edək ki, Avropa çempionu Elçin Əliyev saqqalına görə təzyiqə məruz qaldığını iddia edib və iranlı məşqçinin xoşuna gəlmədiyindən o, millinin düşərgəsini tərk etdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31