"Real Madrid" azarkeşlərinə sevindirici xəbər
4 Fevral 2014 18:13 İdman"Atletiko"nun futbolçusu David Vilyanın İspaniya kubokunda 1/2 finalında "Real"la matçda oynayıb-oynamayacağı dəqiqləşib.
Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Real Sosyedad"la görüşdə zədələnən hücumçu bu gün tibbi müayinədən keçib. Onun 10 və 14 gün yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Beləliklə, D.Vilya Madrid derbisində oynamayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31