Qondarma “Qarabağ respublikası”nın milli komandası beynəlxalq yarışa qoşulur
4 Fevral 2014 16:01 İdmanBeynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma "dövlətlər"in milli komandaları arasında keçiriləcək I dünya kuboku oyunlarında avtonom "Dağlıq Qarabağ Respublikası" da iştirak edəcək. "Conifa.org"un verdiyi məlumata görə, yarışlar 1-8 iyunda İsveçin Östersund şəhərində keçiriləcək. Qondarma "Qarabağ Respublikası" ilə yanaşı yarışda "Abxaziya", "Kürdüstan", "Zəngibar" (Tanzaniyada avtonom bölgə), "Birləşmiş Dərfur" (Sudanın BAGT bölgələri), "Tamil İlam" (Şri-Lankanın Şimali və Şərqi bölgələri), "Patania" (Finlandiya), "Aquitania" (Cənubi Fransa), "Québec" (Kanadanın fransızlar yaşayan bölgəsi) və "Ella vann" (Man adası) da iştirak edəcəklər. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31