AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqanın 19-cu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib. 
XIX turun "Neftçi" - "Simurq" matçının 61-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunub.


"İnter" - AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31