Pike: "Real"ın uğurları 20-ci əsrdə qaldı"

"Barselona"nın futbolçusu Jerard Pike əzəli rəqibləri "Real"ı əsəbiləşdirəcək açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi deyib ki, Madrid klubunun uğurları keçmişdə qalıb: "9 Avropa kuboku ilə bərabər çox sayda nailiyyətlər əldə ediblər. Bu da onları 20-ci əsrin ən yaxşı komandası edib. Amma son 10-15 ilə baxdıqda "Barselona" "Real"dan daha uğurlu çıxış ilə yadda qalıb. Bu rəqabət sonsuza qədər davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31