Mustafa Dənizli müayinə üçün Türkiyəyə getdi
4 Fevral 2014 13:21 İdmanAğır qrip və soyuqdəymə səbəbindən Bakıdakı Dövlət Gömrük Komitəsinin xəstəxanasına yerləşdirilən Xəzər-Lənkəran komandasının baş məşqiçisi Mustafa Dənizli İstanbula gedib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Mustafa Dənizli səhhəti ilə bağlı mediada yayılan xəbərləri təbəssümlə qarşılayıb. O, sadəcə qripə tutulduğunu deyib. İstanbula ümumi müayinə üçün gəldiyini deyən Mustafa Dənizli yaxın günlərdə Bakıya qayıdacağını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31