Güləşçilərimiz "Təxti Kuboku" beynəlxalq turnirində iştirak edəcək

Fevralın 6-7-də Iran Islam Respublikasının paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a daxil olan məlumata görə, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışa 7 pəhləvan yollanıb. Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıb.  Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31