Dənizli təcili xəstəxanaya aparıldı, xanımı Türkiyədən Bakıya gəldi
3 Fevral 2014 10:59 İdman"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov isə Lent.az-a açıqlamasında Dənizlinin qrip yox, yüksək təzyiq səbəbindən xəstəxanaya yerləşdirildiyini deyib: "Baş məşqçimiz dünən axşam məşqindən sonra özünü yaxşı hiss etməyib. O, yüksək təzyiqdən şikayətçi olub və bu səbəbdən xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normal olsa da, hələ evə buraxılmayıb. Həkimlər səhhətinin qəfildən pisləşməsinin səbəbini araşdırırlar".
Nadirovun dediyinə görə, bu gün səhər saatlarında Dənizlinin həyat yoldaşı da Bakıya gəlib. "Qarabağ"la Topaz Premyer Liqasının XIX tur matçında isə komandaya onun köməkçisi Oğuz Çətin rəhbərlik edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31