Luiş Naniyə təkliflər gəlməkdə davam edir

"Mançester Yunayted" klubunun futbolçusu Luiş Naniyə təkliflər gəlməkdə davam edir. Qol.Az-ın məlumatına görə, "İnter" və "Yuventus"un ardından "Tottenhem" klubu da portuqaliyalı futbolçuya "elçi" düşüb. "Mançester Yunayted"in baş məşqçisi Devid Moyes Nanini satmağı düşünmür. Lakin futbolçunun icarəyə verilə biləcəyi iddia olunur.

Qeyd edək ki, Nani bu mövsüm keçirdiyi 9 oyunda bir qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31