Şumaxer komadan ayılır

Məşhur pilotun artıq bir neçə dəfə gözlərini açıb-bağladığı bildirilir

Formula-1 yarışları üzrə 7-qat dünya çempionu Mixael Şumaxer tədrici komadan çıxma prosesinə müsbət reaksiya verməyə başlayıb.  Pilotun meneceri Sabine Kem də Fransanın Qrenobl şəhərindəki xəstəxanada koma vəziyyətində olan Şumaxerin tədricən ayılmağa başladığını təsdiqləyib. Menecer Şumaxerin orqanizminin medikamentoz koma vəziyyətinin zəiflədilməsi prosesinin uzun çəkəcəyini də bildirib.

Fransa kütləvi-informasiya vasitələrinin məlumatına görə, Mixael Şumaxer artıq bir neçə dəfə gözlərini açıb-bağlayaraq, prosesə müsbət reaksiya verib. Lakin həkimlər hələlik məşhur pilotun beyin fəaliyyətinin bərpasına dair heç bir proqnoz vermirlər.

Xatırladaq ki, alman əsilli pilot dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb və ilk günlərdə beynindən 2 əməliyyat keçirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31