"Yuventus"un hücumçusu "Arsenal" yolunda
30 Yanvar 2014 18:53 İdmanHücum mövqeyini gücləndirməyi planlaşdıran İngiltərənin "Arsenal" klubunun növbəti hədəfi bəlli olub. Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, London təmsilçisi bu dəfə "Yuventus"un forvardı Mirko Vuçiniçə "elçi" düşüb.
Sabah futbolçu Londona gedərək tibbi müayinədən keçəcək. Əgər hər şey qaydasında olarsa, Vuçiniç fevral ayından "Arsenal"ın formasını geyinəcək.
Qeyd edək ki, "Arsenal"ın "Yuventus"la hansı məbləğə razılığa gəldiyi haqda məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31