İspaniya mətbuatı Messini yıxıb-sürüdü

Çempionlar Liqasının dünən "Çelsi"yə qarşı keçirilən oyunundan sonra mübarizəni dayandıran "Barselona" klubunun bəzi futbolçuları tənqid olunmağa başlayıb.
Qol.Az-ın məlumatına görə, Madridin "Real" klubuna simpatiyası ilə tanınan İspaniyanın "Marca" qəzeti Lionel Messi haqda ilginc iddia irəli sürüb. Yazıda qeyd olunub ki, dünən penaltini dəyərləndirə bilməyən Messi bununla da bu il FİFA-nın "Qızıl top"unu qazanmaq şansını əldən verib. "Leonun ən pis günü" başlıqlı yazıda həmçinin xatırladılıb ki, Messi bu mövsüm La Liqada "Sevilya"ya, Kral kubokunda isə "Valensiya"ya penaltidən qol vura bilməyib. Qəzet argentinalı ulduzun "Çelsi"yə qarşı oynadığı ümumilikdə səkkiz oyunda bir qol belə vura bilməməsini tənqid edib. "Messi "Çelsi"yə qol vurmadığı oyunlarda "Barselona" cəmi bir dəfə qələbə qazanıb, iki matçda heç-heçə edib, beş görüşdə isə məğlub olub".
Qəzet həmçinin FİFA-nın "Qızıl top"u mükafına hazırda bir nömrəli namizədin "Real"ın hücumçusu Kriştiano Ronaldo olduğu fikrindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31