Seks qarşılığında oyunu satan hakim köməkçilərini də "yandırdı"
30 Yanvar 2014 10:23 İdmanFİFA livanlı hakim Əli Sabbağı futboldan ömürlük uzaqlaşdırıb. Apasport.az-ın xəbərinə görə, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.34 yaşlı referi ötən il Sinqapurda idarə etdiyi bir matçda seks qarşılığında oyunun nəticəsinə müdaxilə edib. Sabbağın bu saxtakarlığı Asiya Futbol Konfederasiyası tərəfindən təsdiqlənmişdi. FİFA bununla bağlı qərar verərək Sabbağı ömürlük, baş hakimin köməkçiləri Əli Eyid və Abdullah Talebi isə 10 illik futboldan uzaqlaşdırıb. Qərara əsasən, onlar hətta cəzalı olduqları müddət ərzində stadionlara belə girə bilməyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31