PSJ-dən Messi açıqlaması
29 Yanvar 2014 18:18 İdmanPSJ-nin prezidenti Naser Əl-Xəlifi "Barselona"nın futbolçusu Lionel Messinin Paris təmsilçisinə keçidinin mümkünsüz olduğunu etiraf edib.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, prezident argentinalı hücumçunun heç vaxt onlarla müqavilə imzalamayacağını deyib:
"Messi möhtəşəm oyunçudur. Mətbuat onun PSJ-ə keçə biləcəyini yazıb. Amma Messi heç vaxt PSJ-yə gəlməz. Maliyyə cəhətdən limitimiz olmasaydı, onunla müqavilə imzalayardıq. Ancaq PSJ-də onsuzda yaxşı futbolçular var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31