Balotelli: "Qızıl top"u qazanmaq mənim üçün vacib deyil"
29 Yanvar 2014 18:37 İdman"Milan" klubunun hücumçusu Mario Balotelli maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan italiyalı futbolçu əsas məqsədinin "Qızıl top" deyil, komandası ilə uğur qazanmaq olduğunu bildirib:
"Əlbəttə, "Qızıl top"u qazanmaq hər bir futbolçunun arzusudur. Ancaq bu mənim üçün vacib deyil. Mən daha çox özüm yox, komandam haqda düşünürəm. Bir oyunda mən yox, komanda qalib gəlir. Həmçinin məğlubiyyət də kollektivin adına yazılır. Ona görə də əsas məqsədim komandamla uğur qazanmaqdır. Məncə, Messi və Ronaldo da belə edirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31