AFFA-nın növbəti konfransı keçiriləcək
28 Yanvar 2014 12:47 İdmanMartın 7-də, saat 11:00-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti konfransı keçiriləcək. Siasport.az saytının məlumatına görə, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- AFFA prezidenti tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31