Mourinyo Koştanı "Çelsi"yə gətirir

Londonun "Çelsi" futbol klubu daha bir futbolçu ilə heyətini gücləndirməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, Joze Mourinyonun komandasının növbəti hədəfi Madrid "Atletiko"sunun braziliyalı futbolçusu Dieqo Koştadır. Belə ki, "zadəğanların" ulduz futbolçu üçün Madrid klubuna olduqca sərfəli təklif göndərdiyi bildirilir. Məlumatda deyilir ki, J.Mourinyo "Çelsi" rəhbərliyindən israrla bu futbolçunun transfer olunmasını tələb edir. İngilis mətbuatı yazır ki, artıq "zadəğanlar" D.Koştanın transfer məsələsini müzakirə etmək üçün Madrid klubuna rəsmi təklif göndərib. Lakin ingilis mətbuatı yazır ki, "Atletiko"nun bu futbolçunu "Çelsi"yə satmağı ağlabatan versiya deyil. Onların qənaətincə, bunun üçün "Çelsi"nin qarşı tərəfə olduqca sərfəli maliyyə təklifi etməsi lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31