PSJ ilk transferini gerçəkləşdirir
28 Yanvar 2014 19:14 İdman"Nyukasl"ın futbolçusu Yohan Kabay bundan sonra Fransa liqasına oynayacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, PSJ yarımmüdafiəçinin transferi üçün Premyer Liqa təmsilçisi ilə razılığa gəlib. Paris klubunun ilk təklifi rədd etməsinə baxmayaraq, "Nyukasl" klubun göndərdiyi 20 milyon funt sterlinq dəyərindəki sonuncu təklifini qəbul edib.
Fransız oyunçu qarşıdakı günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacaq. Bununla da PSJ bu il ilk transferini gerçəkləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31