Fatih Terimin qızı: 18 yaşında ikən əl telefonu aldılar
27 Yanvar 2014 17:15 İdmanMəşhur türkiyəli məşqçi Fatih Terimin qızı Busə Terim media üçün maraqlı açıqlamalar verib. O, uşaqlıq xatirələrindən danışaraq moda aləminə gəlişi haqda da danışıb. Terim Nyu-Yorkda təhsil alarkən Madonnanın qızı ilə dostluq etdiyini də söyləyib. 18 yaşından etibarən mobil telefonu olduğunu deyən gənc modelyer "anam kimi bir qadın olmaq istəyirəm. Atamı da çox sevirəm, duyğusal insandı. Amma bunu biruzə verməyi sevmir". Qeyd edək ki, Busə Terim bu ilin iyununda Volkan Bahçekapılı ilə ailə həyatı qurmağa hazırlaşır. "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31