"Mançester Yunayted"dən Runiyə super təklif!

İngiltərənin "Mançester Yunayted" futbol klubu, təcrübəli ulduz futbolçusu Vayn Ruuniyə yeni təklif etməyi planlaşdırır. Siasport.az saytı İngiltərə mətbutaına istinadən xəbər verir ki, artıq "qırmızı şeytanların" simvoluna çevrilən təcrübəli futbolçu üçün komandası həftəlik 300 min funt sterlinq təklif edəcək. İngilis mətbuatının yazdığına inansaq, Madrid "Real"ının və Fransa "PSJ"sinin tranfer gündəmində olan ulduz futbolçu ilə mövsümün sonuna qədər yeni müqavilə imzalamağa hazırlaşan "qırmızı şeytanlar", gələn həftə futbolçunun meneceri ilə danışıqlara başlamağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31